Piyadanı maşın vurub, vəziyyəti ağırdır

02:02 | 17 Yanvar, 2020

Bu gün axşam saatlarında Balakən şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, rayonun Talalar kənd sakini, 1957-ci il

təvəllüdlü Abdurəhman Əfəndi oğlu Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. A.Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.