Diaspor nümayəndəsi Gədəbəydən deputatlığa namizəd oldu

03:09 | 17 Yanvar, 2020

Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalovanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizıdliyi Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb.

 

Bu barədə Modern.az-a koordinator Lalə Zeynalova məlumat verib.

 

O, bildirib ki, namizədliyini 103 saylı Gədəbəy seçki dairəsindən irəli sürüb.

 

Qeyd edək ki, Lalə Zeynalovanın rəqibi Yeni Azərbaycan Partiyasının namizədi Sevinc Hüseynovadır.