Metyu Brayza: “Parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək”

21:49 | 17 Yanvar, 2020

Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bu sözləri secki-2020.az saytına Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirə layiqdir: “Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”.