backend

Yardımlı sakini Salyanın icra başçısını məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlı rayonu Koryədi kənd sakini Nüsrətov Etiqad İltifat oğlu Yardımlının keçmiş, Salyanın indiki icra başçısı Sevindik Hətəmovu məhkəməyə verib.
Bu barədə E.Nüsrətova yaxın şəxslər məlumat veriblər.
Onlar bildiriblər ki, iddiaçı artıq Yardımlı Rayon Məhkəməsinə müraciət də edib.
E.Nüsrətov ərzəsində bildirib ki, Sevindik Hətəmov Yardımlının icra başçısı olanda İkinci Dünya müharibəsində həlak olan atası İltifat Sadıqova qoyduğu xatirə lövhəsini sökdürülüb, amma ona söz verdiyi vaxtda və yerdə yenidən inşa etdirməyib. Bu da Nüsrətovun onu məhkəməyə verməsinə səbəb olub.
Bununla bağlı öncə bütün rəsmi instansiyalara müraciət etdiyini, lakin tədbir görülmədiyini deyən Yardımlı sakini məhkəmədın başqa çıxış yolu qalmadığını bildirib. O deyib ki, Sevindik Hətəmov qanunları pozaraq müharibədə qəhrəmanlıq göstərən bir şəxsə və yaxınlarına qarşı sayğısızlıq edib.
Yardımlı sakini icra başçısından maddi ziyana görə 15 000, mənəvi ziyana görə 25 000 manat pl tələb edir.
Yzıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
//Arqument.Az