backend

"Quranın hökmünə əməl etməyən müsəlmanlar"-QÜDS MƏSƏLƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Allah o torpaqları İsrail oğulları yaşasın deyə onlara bəxş etdi” . Bu ifadə nə Tövratdan, nə İncildən nə də İsraildə tədris proqramında istifadə edilən tarix kitablarında götürməmişəm. Bu fikri müqəddəs Qurani Kərimdən Qüds haqqında bəhs edilən ayədə görmüşəm.
Musa Peyğmbər yahudilər 40 il səhrada gəzdirəndən sonra indiki İsrail ərazisinə müsəlmanların daha çox iddia etdiyi Qüdsə gətirdi. Allahın Peyğmbəri Allahın hökümündən kənar bir hərəkət etmədi. Yaradanın ona verdiyi vəh üzrə hərəkət etdi.
Ancaq əsirlər boyu yahudi torpaqları uğrunda xaçlı-müsəlman münaqişəsi getdi. Torpağın əsil sahiblərininin fikri alınmadan müqəddəs torpaqlar uğrunda hər kəs özünü haq və müqəddəs sayaraq qan tökdü.
Bu gün də ədalətin olmadığı dünyada insanları öz tarixi ərazillərində rahat yaşamağa imkan vermirlər. Qüds məsələsini mən daim Qarabağ məsələsi ilə, yahudilərin taleyini isə öz xalqımın və ölkəmin taleyi ilə bərabər tuturam. Əsirlər boyu böyük güclərin gözü həm onların həm də bizim torpaqlar da oldu. Bizim torpaqlarda Ermənistan, onların torpaqların Fələstin adlı bir dövlət quruldu. Bizim düşmənlərimiz əlində olan torpaqlarımızdan doymadı Qarabağa iddia etdi, onların düşmənləri olan ərəblər doymadı Qüdsə iddia etdi. Biz hər zaman güclənməyə doğru getyimiz anda qarşımıza erməniləri “peşka” kimi çıxartdılar, yahudilərə gücü çatmayanlar məkirli niyyətlərini ərəblərin vasitəsi ilə həyata keçirdilər.
Bəzən Azərbaycan və İsrail arasında dostluğun əsas mahiyyəti kimi bu oxşar taleyi də görürəm. Dostluğumuzu daha möhkəm düyünlərlə bağlayan amillərdən biri də düşmənlərimiz əsrilər boyu dost və mütəffiq olmasıdır.
Bu gün bəzilərinin ağladığı , özlərinin isə timsah göz yaşları tökdüyü fələstinlilər kimlərdir? ASALANIN yaradılmasında əsas iştirakçılardan biri –O ASALA ki türk diplomatlarını qətlə yetirən, Xocalıda fəal olan , əsasnaməsini türk düçmənçiliyi üzərində quran. Melikonyanı öz hərbi düşərgələrində yetişdirən , üstümüzə , Xocalıya göndərənlər. Liderlərinin daima ermənipərəst mövqeydə olması, uydurma erməni soyqrımına göz yaşı tökməsi və xalq olaraq dövlət olaraq Aprel savaşlarında ermənilərin yanında dayanan bir xalqdır fələstinlilər. Əslində burda təəccüblənəcək heç bir şey yoxdu. Oğru-öğrunu, doğru doğrunu müdafiə edər. Ona görə də ermənilərlə fələstinlilər , yahudilərlə Azərbaycan türkləri dostdur. Cünki həm fələstin həm də Ermənistan terroru özünün dövlət siyasəti edib. Bizlər isə terrora məruz qalanlar.
Ancaq necə deyərlər- qurd ağacı içindən yeyər. İçmizdəki bəzi xainlər bu gündə Azərbaycanın maraqğını deyil xarici dövlətlərin marağını üstün tuturlar. Bəs onlar buna necə nail olur sualına cavab verək ? Bir insanın ən zəif yeri onun inancıdır. Əgər bu insan cahildirsə onunun inancından istifadə etmək daha rahat olur. Bu prosesi ölkəmizdə ən rahat edənlərdən biri İrandır. “Beynəlxaql Qüds günü” adlı saxta bir gün təsis edib. Öz maraqlarını dünyaya yeridir. Bəs həmin ayətullahlara sual vermək lazımdır. Niyə Beynəlxalq Xocalı günü təsis etmirsis? Müsəlman torpaqlarını işğal edən dövlətə can deyib can eşidirsiz. Quranın hökmünə niyə əməl etmirsiz ? Əzilənin, məzlumun yanında niyə olmursuz ? Bu sualları onlara Bakıda biət edənlərə dəfələrlə vermişəm. Ancaq bir cavab ala bilməmişəm. Biət edənlərin isə bu sualı mollarına verməyə savadı çatmaz.
Kurtlar Vadisi serialı efirə gedən də ölkəmizdə də səs-səda saldı. Bu filmin əsas siyasəti isə Antiİsrail olması , buna bir-iki serya baxandan sonra məlum olur. Bir dəfə Necəti Şaşmazı görsəm, ona belə bir sualla müraciət edəcəyəm. Niyə terrorçuları müdaifə edən Kurtlar vadisi Fələstin əvəzinə erməni Terror təşkilatı ASALANI yaradan Fələstin filmini çəkmirsən ? Demək siyasət ədaləti bu nöktədən sonra üstələyir, kinomataqrafiya isə onun bir vasitəsi olur. Fikrimi yenə də bizimkilərin həsədlə baxdığı Kurtlar Vadis serialından bir ifadənin şərhi ilə bitirmək istəyirəm . Məlum serialda Polad personajı deyir: Bizim imanımız ağlımızdan üstündür. Əgər iman ağlı üstəliyirsə bu artıq iman deyil, siyasilərin cahillər üzərindəki oynudur. Bizim dinimiz isə hər zaman ağılla hərəkət etməyi bizə tövsiyə edib. Gəlin bu müəddəs cümə günündə imanlı olub ağlımızla hərəkət edək. Tarix kitabının səhfələrini vərəqləmiriksə heç olmasa müqəddəs kitabımızı oxuyaq orda Qüdsün dini statusunu və kimə məxsus olmasını görərik .
//Editor.az