30 İLİN DEPUTATI ÇƏTİN SINAQDA: seçicilər və rəqibləri bu dəfə ona necə cavab verəcək? – SİYAHI

22:48 | 18 Yanvar, 2020

Fevralın 9-da keçiriləcək parlament seçkilərində ciddi mübarizənin gedəcəyi dairələrdən birinin də 10 saylı Binəqədi 3-cü seçki Dairəsinin olacağı şübhə doğurmur.

Mia.az xəbər verir ki, bu dairə əsasən 72 yaşlı deputat Madər Musayevin həmişə “rahat seçildiyi” ərazi kimi daha çox tanınır.

Namizədlərin budəfəki siyahısında diqqət etdikdə, iqtidarın Madər Musayevin seçilməsi üçün yenə də “yaşıl işıq yandırdığı” aydın görünür. Belə ki, hakim partiya bu dairə üzrə zəif namizəd irəli sürməklə, açıq şəkidə sanki Madər Musayevə ilk dəstəyini vermiş olub.

Qeyd edək ki, bu dairədən YAP-ın namizədi rayon təşkilatının Gənclər birliyinin sədri, eyni zamanda, Xocəsən bələdiyyəsinin üzvü Anar Əliyevdir…

Lakin bu dairədən yenə də dahi şairimiz Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimlinin, Milli Azadlıq Hərəkəatının fəallarından Bünyamin Qəımbərlinin, Müsavat partiyasının aparat rəhbəri Gülağa Aslanlının, jurnalist İltifat Soltanovun (Hacıxanoğlu), hətta Müsair Müsavat partiyasının emosional lideri Hafiz Hacıyevin müavini Könül İsmayılovanın da meydanda olması, Madər Musayev üçün seçkinin növbəti dəfə çox çətin keçəcəyi deməkdir. Hətta indidən bəzi namizədlər seçkinin saxtalaşdırılacağı təqdirdə məsələni Avropa Məhkəməsinə daşıyacaqlarının anonsunu verməsi də bu qənaəti gücləndirir…

Digər yandan, artıq 30 ildir bu dairədən eyni şəxsin (Madər Musayev) deputat olması da, binəqədililərin gözünü doydurub. Böyük çoxluq artıq “qan dəyişikliyi” istəyir. Başqa sözlə desək, sakinlər yeni sima arzusundadır…

 

img
Mövzunu Facebookda şərh et