Ülvi Quliyev 20 Yanvar şəhidlərinin xatirə turnirində – FOTOLAR

12:16 | 19 Yanvar, 2020

Bu gün  Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay Karate Klubu”nun birgə təşkilatçılğı ilə uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq karate turniri keçirilib. Ənənəvi olaraq keçirilən yarışda 12 ölkədən mindən artıq idmançı iştirak edib.

Modern.az  xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili  Ülvi Quliyev tarixə ”Qanlı Yanvar” faciəsi kimi düşən bu günü xalqımızın  qəhrəmanlıq səlnaməsi adlandırıb.

O bildirib ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bir parçası olaraq 20 Yanvar şəhidlərinin ailə üzvlərinə daim diqqət və qayğı göstərilir, onların sosial problemləri həll edilir: “Mən də cənab Prezidentin siyasi kursunu dəstəkləyən millət vəkili  kimi daim veteranların, Qarabağ əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərə öz dəstəyimi verir, bu təbəqədən olan insanların problemlərinin vaxtında həllini tapması üçün var gücümlə çalışıram”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti beynəlxalq aləmdə bir çox sahələrdə, həmçinin idmanda öz sözünü demiş, mötəbər beynəlxalq tədbirlərin təşkilatçısına çevrilib: ”Bu mənada sağlam, milli ruhlu gənclər yetişdirməklə, gələcəyimizə töhfə vermiş oluruq. Ona görə istər xüsusi anım günlərində, istərsə də digər günlərdə belə tədbirlər təşkil etməklə gənc nəsldə vətənpərvərlik, mübarizlik əzmini aşılayır, öz Vətəninə, xalqına sədaqəti, sevgini təbliğ edir, eyni zamanda şəhidlərimizin ruhuna dərin hörmət və ehtiramımızı ifadə edirik.

hörmət və ehtiramımızı ifadə edirik.