ABŞ əsgərləri rus hərbçilərin yolunu kəsdi

12:21 | 19 Yanvar, 2020

Suriyada terror təşkilatı PKK-nın işğalı altında olan ərazilərdə xidmət göstərən ABŞ əsgərləri Haseke əyalətindəki neft sahəsinə çatmaq istəyən rus əsgərlərini dayandırıblar.

Editor.az oxu.az-a istinadən bildirir ki, ABŞ qoşunları rus patrulundan Hasekenin şimal-qərbindəki Amuda bölgəsindən geri dönmələrini istədikdə tərəflər arasında qısamüddətli gərginlik yaşanıb.

ABŞ aviabazasının yerləşdiyi Rümeylana çatmasının qarşısı alınan rus əsgərləri daha sonra gəldikləri nöqtəyə qayıtmalı olublar.