Yarış kütləvi dava ilə bitdi

12:25 | 19 Yanvar, 2020

Braziliya ciu-cutsusu üzrə keçirilən “Moscow Winter BJJ Cup” turniri kütləvi dava ilə bitib.

Bu barədə REN TV məlumat yayıb.

Yanvarın 18-i Krasnoqorskda baş tutan yarışdakı qarşıdurmanın səbəbi hələlik məlum deyil. Yayılmış videokadrlarda davanın başlaması, iştirakçıların zala daxil olmaq istəyənləri geri itələməsi görünür. Lakin bu heç nə vermir və əksinə, davaya başqa adamlar da qatılır. Nəticədə dava iştirakçılarını döşəməyə çırpır və təpiklə döyürlər.