Metroya minən milyarder çətin vəziyyətə düşdü – Video

15:24 | 19 Yanvar, 2020

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd milyarder Maykl Blumberq San-Fransisko metrosunda çətin anlar yaşayıb.

Editor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, metroya düşən Blumberq turniketin qarşısında çaş-baş vəziyyətdə qalıb. Kartı necə istifadə edəcəyini bilməyən milyarder köməkçisi gələnə qədər bir neçə uğursuz cəhd edir, kartı turniketin müxtəlif hissələrində yoxlayır.

Bu hadisə sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Qeyd edək ki, analoji hadisə 2016-cı ildə seçki kampaniyası zamanı prezidentliyə namizəd Hillari Klintonun da başına gəlmişdi. /Oxu.az