Azərbaycanlı jurnalist Türkiyədə xərçəngdən vəfat etdi – FOTO

16:15 | 19 Yanvar, 2020

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Türkiyədə xəstəxanada dünyasını dəyişib. Aynur Təhməzova qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərləri iflas edib. Cənazəsi bu gün Azərbycana yola salınacaq.

1973-cü ildə anadan olan Aynur Təhməzova Azərbaycan mətbuatında “Yeni Müsavat” qəzeti, “Medifaorum” saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Allah rəhmət eləsin!