“Bundan sonra fəal olmağa çalışacam” – Azər Kərimli Tasmalı kəndində vəd verib

15:04 | 20 Yanvar, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Azər Kərimli ötən gün Qax rayonu Tasmalı kəndində bir qrup kənd sakini ilə görüş keçirib. Kənd sakinlərinin haqlı iradları və çoxsaylı sualları qarşısında çıxılmaz vəziyyətdə qalan Azər Kərimli seçicilərdən səs istəyib və bundan sonra fəal olacağına söz verib.

Qeyd edək ki, Azər Kərimli 2000-ci ildən Qaxın deputatıdır və ən passiv deputatlar siyahısında adı hallanır. Onun Qax sakinlərinə biganə yanaşması, seçicilərin müraciətlərinə cavab verməməsi, o cümlədən Milli Məclisdə çıxışlar etməməsi bir deputat kimi onun fəaliyyətindən narazılıq dalğasını son həddə çatdırıb.

Mövzunu Facebookda şərh et