Bu ölkələrdə “WhatsApp” işləməyib

23:38 | 20 Yanvar, 2020

Bir sıra ölkədə, “WhatsApp” istifadəçiləri mesajlaşma şəbəkəsinin işindən narazı qalıb.

Editor.az xəbər verir ki, “WhatsApp”dakı nasazlıq Azərbaycanda da yaşanıb.
“WhatsApp”da problem əsasən, İspaniya, İtaliya, İsveçrə, Avstriya, Finlandiya, Hindistan, Çin, Fransa, Almaniya və Rusiyada müşahidə olunub.

Qeyd edək ki, istifadəçilər qısa bir müddət mesaj göndərməkdə də problem yaşayıb. (ölkə.az)