İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

14:01 | 21 Yanvar, 2020

Bakıda yük maşını piyadanı vurub öldürüb.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi “KamAz” markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.