Xızıda itkin düşən ana və 3 övladı tapıldı

22:55 | 21 Yanvar, 2020
Xızıda itkin düşən ana və 3 övladı tapılıb.
Editor.az-un məlumatına görə, bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.
İtkin düşən 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayev Bakıda tapılaraq Xızı RPŞ-yə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil veriləcək.
Qeyd edək ki, ana və 3 övladı yanvar ayının 17-də itkin düşmüşdü.
Mövzunu Facebookda şərh et