Bakıda 16-cı mərtəbədə baş verən yanğın söndürülüb – YENİLƏNİB

12:25 | 22 Yanvar, 2020

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a daxil olan məlumata əsasən, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bildirilir ki, şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Editor.az xəbər verir ki, bu barədə yanğın baş verən binanın sakinləri baku.ws-ə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

 

 

 

 

 

 


Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq Domain almaq üçün sizə hərtərəfli kömək olacağıq.
.COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
.INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?
.DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/