Təbriz-Culfa turist qatarı istismara verildi – Gediş pulsuzdur

12:40 | 22 Yanvar, 2020

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib.

Editor.az  Trend-ə istinadən bildirir ki, bunu İranın Azərbaycan Dəmir Yolları İdarəsinin baş direktoru Şapur Arslani deyib.

Ş.Aslaninin sözlərinə görə, turist qatarı Araz Azad Ticarət Zonasının əməkdaşlığı və bölgədə turizmin inkişafı istiqamətində istifadəyə verilib.

Aslani əlavə edib ki, bu qatar gündəlik 5 vaqonla turistləri iki istiqamətdə daşıyacaq.

İdarə rəsmisi bildirib ki, bu qatarla gündəlik 800 nəfər daşınacaq.

“Qatar hər gün səhər 07:30-dan Culfa istiqamətində, 19:00-da isə İran Culfasından Təbriz istiqamətində hərəkət edəcək” -deyə o qeyd edib.

 

 

 

 

 

 

 

 

 

Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq Domain almaq üçün sizə hərtərəfli kömək olacağıq.
.COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
.INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?
.DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/