Qazaxıstan sərhədçiləri Azərbaycan vətəndaşlarını saxladılar

14:40 | 22 Yanvar, 2020

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin ərazi sularında dörd azərbaycanlını saxlayıb.

Editor.az xəbər verir ki, Trend bu barədə Qazaxıstanın Sərhəd Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, insident yanvarın 21-dən 22-ə keçən gecə baş verib:

“”Sərbaz” sərhəd gəmisi Xəzərin dəniz hüdudlarında xidmət apararkən radiolokasiya stansiyası ilə hədəf aşkar edib. Sərhədçilər beynəlxalq kanallarla sual göndəriblər, amma hədəf cavab verməyib. Nəticədə “Sərbaz” hədəfə doğru yollanıb”.

Məlumata əsasən, dayanmaq tələbinə cavab verməyən qayıq cənub-qərb istiqamətində uzaqlaşıb. Bununla əlaqədar sərhəd gəmisi təqibə başlayıb:

“Nəticədə sərhədçilər 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd Azərbaycan vətəndaşını saxlayıblar. “Qazaxıstan Respublikası dövlət sərhədinin qəsdən qanunsuz keçilməsi” maddəsi ilə ilkin istintaq başlayıb”.

 

 

 

 

 

 

Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq Domain almaq üçün sizə hərtərəfli kömək olacağıq.
.COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
.INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?
.DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/