backend

Ərdoğan: “Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini söyləyib.
“Görüşlərdə Qara dəniz iqtisadi işbirliyi mövzusu üzərində, xüsusi ilə Azərbaycan-Rusiya-Türkiyə üçlü işbirliyi mexanizmləri üzərində həssaslıqla dayandıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə də fikir mübadiləsi apardıq. Buradakı problemləri aşmaq nöqtəsində təbii ki, Rusiyanın üzərindəki yükün ağırlığını bildiririk”, deyə Ərdoğan bildirib.
//APA