28 May qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR

17:06 | 22 Yanvar, 2020

28 May qəsəbəsinin sakinləri tezliklə davamlı elektrik enerjisi ilə təmin olunacaqlar. “Azərişıq” ASC tərəfindən sözügedən ərazidə kortəbii çəkilmiş xətlər sökülür, yeni şəbəkə yaradılır.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, qurum tərəfindən Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində istismara yararsız, kortəbii çəkilmiş naqillərin yenisi ilə əvəzlənməsi, son illərdə salınmış bir neçə qəsəbənin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin bildirdiyinə görə, bu işlər Xırdalan şəhərinin və ətraf qəsəbələrinin əhalisinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi daşıyır.

O deyib ki, şəbəkənin yenidən qurulması bir sıra qəsəbələrdə növbə ilə elektrik təchizatının müvəqqəti dayandırılması ilə müşayiət olunur:

“2000-ci illərin əvvəllərindən başlayaraq yeni yaşayış massivlərinin salınması zamanı tikintilərin kortəbii aparılması, infrastrukturun olmadığı ərazilərdə evlərin tikilməsi orada məskunlaşan əhalinin elektrik enerjisi ilə təchizatını çətinləşdirib.

Nəticədə, Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, “Atyalı”, “Quşçuluq” və digər yaşayış massivlərində sakinlərin elektrik enerjisi ilə təchizatında problemlər var. Bu ərazilərdə özbaşına elektrik xətləri çəkilib, bir çox hallarda yüksək gərginlikli xətlərin altında evlər tikilib.

Xətlər həyətlərdən keçir və transformatorların ifrat yüklənməsi baş verir. Evlər bir-birinə çox yaxın tikilib, yollar darısqaldır və yüksək gərginlikli xətlərin, dayaqların yenilənməsi üçün texnikanın işləməsi çətinləşir. İşlər yekunlaşmaq üzrədir”.

O əlavə edib ki, aparılan yenidənqurma işlərinə görə, bu qəsəbələrdə növbə ilə elektrik təchizatı dayandırılır:

“Bu barədə elanlar veririk. 28 May qəsəbəsinin sakinlərini elektrik təchizatında yaranan məcburi fasilələrə görə xəbərdar edirik. Sakinlər nəzərə almalıdırlar ki, bu fasilələr onların elektrik enerjisi ilə normal təchizatı, yaşadıqları ərazilərdə şəbəkənin yenidən qurulması üçündür.

“Azərişıq” ASC görülən işlər çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Binəqədi rayonu, 28 May qəsəbəsində, Hökməlidə və digər ərazilərdə yüksək gərginlikli hava xətlərini, transformatorları, dayaqları, istismara yararsız naqilləri yeniləyir. Hazırda bu ərazilərdə, o cümlədən, 28 May qəsəbəsində gərgin iş gedir, briqadalar işləyir”.

 

 

 

 

 

 

 

 

 

 

 

Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq Domain almaq üçün sizə hərtərəfli kömək olacağıq.
.COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
.INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?
.DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/