backend

MƏŞHUR BAZAR SAHİBİNİN ƏLİNDƏN ALINIB! – “Bala Heydər”in ətrafında nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının ən qədim və vaxtilə çox məşhur ticarət mərkəzlərindən biri olan, əhali arasında “Şərq bazarı” kimi tanınan alış-veriş mərkəzi “əl dəyişdirib”. Bu barədə “AzPolitika.info”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, bu ticarət mərkəzi onun artıq keçmiş sayılan sahibi, “Qorqud Holding”in prezidenti Heydər Əliyevin (“Bala Heydər” ləqəbli) əlindən alınıb.
Ticarət mərkəzinin yeni sahibini kimliyi haqda məlumat  verilmir. O, hər kimdirsə, Heydər Əliyevin əlində yalnız ərazidə yerləşən “Şərq” hoteli”ni saxlayıb. Bu isə o deməkdir ki, iş adamı təkcə “Şərq bazarı”nı yox, ona bitişik, son illər əsas gəlir mənbələrindən biri olan “Atlas”  klinikasını da başqasına dövr etdirib.
Qeyd edək ki, müstəqilliyin ilk dövrlərində ən prestijli və gəlirli ticarət məkanlarından biri kimi tanınan “Şərq bazarı” sonralar arxa plana keçdi. Bakıda bir-birinin ardınca açılan ticarət mərkəzləri “Şərq”də alverin xeyli zəifləməsinə səbəb oldu. 2014-cü ildən sonra isə həm sözügedən ticarət mərkəzinin, həm də onun sahibinin “qara günləri”nin başladığına dair məlumatlar yayıldı. Bunun birinci səbəbi ölkədə başlayan iqtisadi böhranın bütün ticarət mərkəzləri kimi “Şərq”i də vurması idisə, ikinci səbəbi  “Qorqud Holding”in prezidenti  Heydər Əliyevin barəsində cinayət işinin başlanmasıydı.
heyBelə ki,  dələduzluqda təqsirləndirilən Heydər Əliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qədər gedib çıxmışdı. Qəribə də olsa, barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülən H. Əliyevin məhkəməsinin necə yekunlaşdığına dair sonradan hər hansı məlumat verilmədi.
Ancaq həmin dövr bəzi media orqanlarında “Qorqud Holding”in prezidenti barəsində  həbs-qətimkan tədbirinin seçildiyi, onun istəyi ilə bunun ictimaiyyətdən gizli saxlanıldığı iddia edilirdi. Bildirilirdi ki, dələduzluq maddəsi ilə ittiham olunan iş adamı ilə, azadlığa buraxılması istiqamətində danışıqlar aparılır, bunun üçün şərtlər irəli sürülür. “Güman ki, əlində olan əmlak və obyektlərinin bir hissəsindən imtina etmək şərti ilə onun azadlığa çıxması təmin ediləcək” – deyə məlumatda bildirilirdi. O da qeyd edilirdi ki,  “Qorqud Holding”in prezidentinin əmlakı siyahıya alınıb və onun oğlu tamamilə idarəçilikdən uzaqlaşdırılıb.
Bu məlumatın nə qədər doğru olduğunu söyləyə bilməsək də, “Qorqud Holding”in prezidentinin “Şərq” oteli xaric, bütün biznesini başqasına dövr etməsi onun ciddi problemlərlə qarşılaşdığını söyləməyə əsas verir. Xüsusən də öz şəxsi öfisinin yerləşdiyi  və böyük gəlir gətirən  “Atlas” klinikasını iş adamının başqasına könüllü təslim etdiyi inandırıcı görünmür.
Bu məlumatlarla bağlı “Qorqud Holding”dən mövqe öyrənmək və Heydər Əliyevin özü ilə də əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
//Azpolitika.info