Rüşvət istəyərkən görüntülənən polis əməkdaşı ölüb – FOTO

12:26 | 23 Yanvar, 2020

Azərbaycanda yol polisinin rüşvət alması ilə bağlı növbəti vidoegörüntü yayılıb. 

sosial şəbəkələrdə yayılan görüntülərdən bəlli olur ki, Şirvanda yol polisi sürücünü saxlayır və pul istəyir. O isə deyir ki, şirkətin sahibi rəisə “hörmət” edəcək.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, yayılan videogörüntü araşdırılıb:

“Araşdırma zamanı məlum olub ki, həmin əməkdaş 2018-ci il mayın 14-də işində yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Həmin il o vəfat edib”.


• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/