Peskovun 22 yaşlı qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə…”

14:58 | 23 Yanvar, 2020

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta asudə vaxtlarında məşğuliyyəti barədə maraqlı açıqlama verib.

“Forbes”in məlumatına görə, 22 yaşlı Peskova ötən il Çeçenistan Respublikasında xüsusi təyinatlıların düşərgəsində UFC-də mübarizə aparan üç qızla birlikdə ağır məşqlər etdiyini açıqlayıb.

“Çeçenistanda oldum, bu regionu çox sevirəm. Ötən il orada xüsusi təyinatlıların düşərgəsində məşq etdim: idmanla məşğul oldum, hətta atəş açmağı və döyüşməyi öyrəndim. Dalaşmağı sevirəm! Düşünürəm ki, həyatda lazım olacaq. Ağır qrafikimiz oldu: səhər tezdən oyanıb, gündə iki dəfə məşq edib, ağır pəhrizə əməl edirdik. İndi atəş açmağı bacarıram”, – Peskova bildirib.

 

 

 


• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/