Əhməd Şahidov Qax kitabxanaçılarına müraciət etdi: “Kitaba və kitabxanaçıya dəyər verəni seçin”

09:05 | 24 Yanvar, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonundakı kitabxana əməkdaşlarına müraciət edib. Hər zaman kitaba və mütaliəyə dəyər verdiyini, kitabxanaçıların yanında olduğunu bildirən Əhməd Şahidov Qax kitabxanaçılarını fədakar və zəhmətkeş insanlar adlandırıb və 9 Fevral günü səsvermədə iştirak edərək, kitaba, elmə və mütaliəyə səs verməyə çağırıb.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com