Çingiz Qənizadə Beyləqanda növbəti görüşlərini keçirib — FOTOLAR

13:45 | 24 Yanvar, 2020

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə Beyləqan rayonunun Aşıqalılar və Əhmədli kəndlərində yaşayan seçiciləri ilə  görüşlər keçirib.

görüş zamanı deputatlığa namizəd  son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət proqramı, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Çıxış edən kənd sakinləri, ağsaqqallar, Qarabağ qaziləri, gənclər, Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Onlar üçün  hər zaman açıq və əlçatan deputat olduğunu xüsusi qeyd ediblər.

Həmçinin telefon zənglərinə, ərizə və şikayətlərinə  operativ reaksiya verən, kənddə gedən abadlıq və quruculuq işlərində yaxından iştirak etdiyini, qaldırılan məsələləri vaxtlı-vaxtında müvafiq qurumlara çatdırdığını deyiblər. Kənd sakinləri Çingiz Qənizadəni sadə deputat kimi tanıdıqlarını da gizlətməyiblər.

Növbəti parlament seçkilərində də Çingiz Qənizadəyə səs verəcəklərini söyləyiblər.
Daha sonra Çingiz Qənizadə fərdi qaydada müraciət edən seçiciləri ayrı-ayrılıqda qəbul edərək onları dinləyib və problemlərini qeyd edib. Kənddə olan kiçik problemlər namizədin diqqətinə çatdırılıb. Çingiz Qənizadə də bu və ya digər  məsələlərlə yaxından məşğul olacağı barədə seşicilərinə söz verib.


• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/