“Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də masaj üçün yağ var…” – FOTO

16:03 | 24 Yanvar, 2020

ABŞ-lı aktrisa Anabela Şora (Annabella Sciorra) məhkəmədə məşhur prodüser Harvi Vaynşteynin əleyhinə ifadə verib.

Editor.az Nyu-York Post-a istinadla xəbər verir ki, 59 yaşlı aktrisa Kann film festivalındaykən məşhur prodüserin onu zorlamaq istədiyini iddia edib.

Bir dəfə Harvi otağımın qarşısına gəlib, qapımı döydü. Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də uşaq masajı üçün olan yağ var”, – deyə Annabela hakim qarşısında söyləyib.

Onun dediyinə görə çığır-bağır saldıqdan sonra Harvi oranı tərk etmək məcburiyyətində qalıb.

Anabela bildirib ki, sözügedən olay 1997-ci ildə Fransada, Harvi Vaynşteynin çəkdiyi “Cop Land” filminin təmsilçiləri kimi Kann festivalında iştirakı zamanı yaşanıb.

Vaynşteynin vəkili isə qadının dediklərini yalanlayıb. O, aktrisaya: “belə bir hadisə olubsa, niyə tərəf müqabilin olan Robert De Niro və ya Silvester Stallonneni köməyə çağırmadın?, – deyərək onu çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, Vaynşteyn 2017-ci ilin oktyabr ayında 70-dən artıq qadını zorladığını və onlara qarşı seksual xarakterli hərəkət etdiyini etiraf edib. Onlar arasında Ancelina Coli, Salma Xayek, Kara Delevin, Qvinet Peltrou, Lea Seydi kimi məhşur ulduzlar var. O, 2018-ci ilin mayın 25-də etdiyi hərəkətlərini etiraf edərək Nyu-York polisinə təslim olub, lakin milyon dollar həcmində girovla azadlığa çıxıb.