İsveçrə Senatının keçmiş prezidenti: “Azərbaycan sülhpərvər ölkədir”

16:14 | 24 Yanvar, 2020
“Azərbaycan qonşuları ilə yaxşı münasibətlər qura bilir”. 
Bu fikirləri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Report”a açıqlama verən İsveçrə Dövlətlər Şurasının (Senat) keçmiş prezidenti Filippo Lombrdi bildirib.

 

O, Xəzər regionunun Davosda yaxından iştrakının vacib olduğunu bildirib: “Xəzər Həftəsi zamanı keçirilən müzakirələr əhəmiyyətli xarakterə malikdir. Davos bir çox güclü dövlətlərin görüş yeridir və bu səbəbdən də Xəzər Həftəsinin məhz burada keçirilməsi vacibdir və Xəzər regionunun burada hərtərəfli iştirakı böyük əhəmiyyət daşıyır”.
Filippo Lombrdi bu platformanın İpək Yolu layihəsinin reallaşmasındakı əhəmiyyətinə toxunub: “Xəzər Həftəsi zamanı vacib mövzular üzrə panel, “dəyirmi masa” və digər bu kimi müxtəlif tədbirlər keçirilir. İpək Yolu layihəsinə aidiyyatı ölkələr qarşılıqlı faydalı şəkildə inteqrasiya olunmalıdır. Bu, ortaq layihədir, lakin qərar qabuletmə, məsuliyyət daşıma məsələlərinə gəldikdə ölkələrin hamısı eyni şəkildə iştirak etmir. Bu səbəbdən  dialoqa ehtiyac var. Siyasətçilər, iş adamları, elm xadimləri və jurnalistlərin burada bir araya gəlmələri çox əhəmiyyətlidir. Çünki İpək Yolu təkcə ticarət məsələsi deyil, bu, eyni zamanda ideyalar bazası, mədəniyyət məsələləri baxımından əhəmiyyətlidir.”
Senatın keçmiş prezidenti Azərbaycanın yaxın dostu olduğunu deyib: “Mən Azərbaycanın ən yaxın dostlarındanam. Azərbaycan Xəzər regionuna lazımi qədər inteqrasiya edib. Azərbaycan Xəzər Həftəsində də yüksək səviyyədə təmsil olunur. Mən İsveçrə parlamentində Dostluq Qrupuna uzun illər rəhbərlik etmişəm. Azərbaycan ilə İsveçrə arasında oxşarlıq çoxdur. İsveçrədəki kimi, Azərbaycanda da həm çox uca dağlar, həm də çöl-çəmən var. Ölkələrimiz həm çox isti, həm də çox soyuq olur. Azərbaycanda insanlar İsveçrədəki dağ ruhuna malikdirlər ki, bu səbəbdən də sülhpərvərdirlər. Çünki dağ adamları insanları bir-birinə yaxınlaşdırır, onları bir-birindən ayırmır. Dağ adamları ətrafındakıları, qonşuları ilə yola getməyi çox yaxşı bacarırlar.”

• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/