Tanınmış televiziya aparıcısından Möhsüm Aslanova dəstək

17:04 | 24 Yanvar, 2020

Eldə bir məsəl var: Dostunu göstər, kim olduğunu deyim. Azərbaycan Dövlət Televiziyasının tanınmış siması Rafiq Həşimov 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Qədir oğlu Aslanovu belə tanıyır. Siz də bir daha bu dağlar oğlu, türk oğlunu tanıyın, səsinizi ona vern ki, səiniz eşidilsin!!!

Mən Möhsüm Aslanovu 1991-ci ildən tanıyıram.
Biz BDU-nun jurnalistika fakültəsində bir qrupda təhsil almışıq.
Möhsüm tələbəlik illərində olduğu kimi bu günədək özünün peşəkar və insani cəhətləri ilə həmişə məndə fəxr hissi oyadıb.
Əgər onun insani və peşə keyfiyyətlərini qeyd etməli olsaq, bu cəhətləri səmimiyyətlə sadalamaq olar:
–Möhsüm Aslanov harada olmasından asılı olmayaraq həmişə dərin köklərlə elinə-obasına, Vətəninə bağlı və Onun təəssübünü çəkəndir;
–Möhsüm daim öz üzərində işləyən və günü-gündən inkişaf edərək püxtələşmiş bir jurnalistdir;
–Möhsüm Aslanov dövləti, dövlətçiliyi, ictimai maraqları öz mənafeyindən daim uca tutan bir vətəndaşdır;
–Möhsüm Aslanov dünyada gedən ictimai-siyasi prosesləri dərindən analiz edib düzgün qənaətlərə gəlməyi bacaran dərin bilikli bir profesionaldır.
–Möhsüm Aslanov yaşının bu yarım əsrlik çağındakı mənəvi-peşəkar təcrübəyə söykənən qabiliyyətləri ilə, sanıram ki, öz seçicilərinin rəğbətinə və səsinə layiqdir.

Rafiq Həşimov