Səfirlik: “Türkiyədən təxliyyə edilən azərbaycanlı tələbələr Bakıya gətiriləcək”

23:14 | 25 Yanvar, 2020
Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxıb. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində bildirilib.
“Avtobuslarla Naxçıvana aparılacaq tələbələrimiz, Ali rəhbərliyin tapşırığı ilə daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.
Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.
Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/