Dünyaşöhrətli ulduz göz önündə “şam kimi əriyir” – FOTO

23:24 | 25 Yanvar, 2020

Dünyaşöhrətli 31 yaşlı pop ulduz Adel öz görünüşü ilə yenidən görənləri heyrətləndirib.

Oxu.Az xəbər verir ki, az qala, ilanın boğazından keçən məşhur sənətçini qarabaqara izləyən paparasilər onun son halını lentə almağa müvəffəq olublar.

Karib dənizinin sahillərində istirahətin dadını çaxaran Adelin tətildən çəkilən şəkilləri sosial şəbəkə istifadəçilərini məəttəl qoyub. Müğənninin pərəstişkarları onun incəliyinin yaraşıb-yaraşmadığını mübahisəli şəkildə müzakirə ediblər.

Pəhrizin köməyi ilə 45 kiloqram çəki atıb, bir iynəyə sap olan pop ulduz hələ də arıqlamaqda davam edir.

Adel avtomobilinə doğru gedərkən paparasilərin kameralarına tuş gəlib. Müğənninin əynindəki idman geyimi onun durmadan idmanla məşğul olmasını sübuta yetirib.


• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/