Gəncədə OLAY: Ər və arvadın bank kartlarından pul çıxarıldı

13:51 | 27 Yanvar, 2020

Gəncədə ər və arvadın bank kartlarından pul çıxarılıb.

Bu barədə Editor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinə 2019-cu il noyabr ayının 22-də Gəncə şəhəri ərazisindəki bankomatların birindən Qabaqtəpə kənd sakinləri B.Əliyevə və həyat yoldaşına məxsus 443 manat pulun bank kartlarından çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

 


• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/

Mövzunu Facebookda şərh et