Dağıntılar altından çıxarılan şəxs: “Əlil olduğum üçün qaça bilmədim”

13:57 | 27 Yanvar, 2020

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra xilas olan şəxs yaşadıqlarını dilə gətirib.

“Haberler”in yaydığı məlumata görə, dağıntılar altından çıxarılan Aydın Kahraman əlil olduğu üçün qaça bilmədiyini deyib:

“Yanımda qızım və kürəkənim var idi. Əlil olduğum üçün onlara “siz qaçın” dedim. Sonra üstümə beton düşdü. Üç saat o vəziyyətdə qaldım. Sonra oğlumun “ata, hay ver” dediyini eşitdim.

Səsimi eşidib yerimi müəyyənləşdirdilər. 5-10 dəqiqə sonra oğlum yanıma gəldi. Sonra isə üstümdəki betonu qaldırıb məni çıxardılar.

Bu binalar 1988-ci ildə tikilib. Bizi zəlzələ öldürmədi. Yeyinti nəticəsində səhv tikilən binalar öldürdü”, – deyə həmin şəxs bildirib.

///oxu.az