Ekspert dəmir yolu ilə bağlı sürücü və piyadalara çağırış etdi – RƏY

15:27 | 27 Yanvar, 2020

Kütləvi İnformasiya vasitələrində, sosial mediada müxtəlif nəqliyyat vasitələri, o cümlədən qatarların iştirakı ilə yol-nəqliyyat hadisələrinin baş verməsi, eləcə də dəmir yolu keçidlərində qeydə alınan qəzalar haqqında vaxtaşırı xəbərlər yayılır.

Ümumiyyətlə, belə yol-nəqliyyat hadisələrinin baş verməsi nəyin nəticəsidir?

Bununla bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Finans.az”a açıqlamasında bildirib ki, dəmir yolu keçidlərində baş verən yol nəqliyyat hadisələrində günah əksər hallarda qatarda yox, digər nəqliyyat vasitələrində olur:

“Bunu baş verən yol nəqliyyat hadisələrinin təhlili də göstərir. Hər bir halda hərəkət üstünlüyü qatara (lokomotivə, drezinaya) məxsusdur. Yol hərəkəti haqqında qanunun 44-cü maddəsinə əsasən, dəmir yolu keçidindən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. Ümumiyyətlə, qadağanedici işarələr, nəzarətçinin verdiyi siqnallar sürücülər üçün vacibdir və sürücülər bunları üstün tutmalıdırlar. Reallıqda isə görürük ki, dəmir yolu nəzarətçisinin işarələrinə, stop işarəsinin tələblərinə məhəl qoyulmadan və ya şlaqbaumun yanından ötüb keçməklə hərəkətə davam edərək, qarşı yola çıxmağa, şlaqbaumdan qabağa keçməklə onunla dəmir yolu relsinin arasında gözləməyə çalışırlar. Bunu təkcə minik avtomobilləri deyil, həm də sərnişin avtobusları edir”.

Onun sözlərinə görə, burada ən narahatedici məqam ondan ibarətdir ki, bütün bu manevrləri edən nəqliyyat vasitəsi normal qaydada hərəkət etdiyi halda məhz dəmiryolu xəttinin üzərinə çıxan anda qəflətən mühərrik sönür: “Bir çox sürücü həmin anda nə etməli olduğunu bilmədiyindən və ya təşvişə düşərək unutduğundan avtomobilin içində donub qalır. Bu isə ağır fəsadlarla nəticələnə bilir.

Ekspert dəmir yolu ilə bağlı sürücü və piyadalara çağırış etdi - RƏY

Belə hallarda qatarın sürətini nəzərə almaq lazımdır. O, yüksək sürətlə hərəkət edir və onun tormoz məsafəsi avtomobilə nisbətən daha uzundur. Yəni 60-100 km/saatla hərəkət edən avtomobil qəfil tormozlanma zamanı 50-60 metr məsafə qət edib dayanırsa, qatarda bu məsafə daha uzundur. Yüklü qatarı isə qəfil saxlamaq, ümumiyyətlə, çətin olur”.

Ekspert deyib ki, bu, təkcə sürücülərə yox, həm də piyadalara aiddir. Bəzən qulaqcıqdan istifadə edən piyadalar dəmiryol xətlərinin üzərində gəzirlər və arxadan gələn qatarın səsini eşitmirlər, xəttin üzərində yatırlar, sosial şəbəkələrdə paylaşmaq üçün selfi edirlər, canlı yayıma çıxırlar. Bunların hamısı təhlükəli əməllərdir. Bu əsnada fürsətdən istifadə edərək, sürücü və piyadalara çağırış etmək istəyirəm. Dəmir yolu ilə bağlı çox diqqətli olmaq lazımdır. Onlardan qaydalar çərçivəsində istifadə etmək lazımdır. Piyadalar və sürücülər dəmir yolu xəttini keçərkən risk etməməli, xüsusilə avtobus sürücüləri insanların həyatı ilə oynamamalıdırlar. Səhv bir dəfə olur və həmin anda da hər şey dəyişə bilər”.

 

• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/

• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/