Lerikdən deputatlığa namizəd bir gündə 4 kənddə görüş keçirdi — FOTOLAR

15:44 | 27 Yanvar, 2020

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı seçicilərlə görüşlərini davam etdirir. Namizəd bir gündə Lerikin Bırkandül, Günəşli, Mondigah, Çayrud kəndlərini əhatə edən, ümumilikdə 4 kəndində seçicilərlə görüşüb.

Seçicilərlə qapı-qapı, ev-ev görüşən namizəd vətəndaşlarla, onları narahat edən mövzular ətrafında fikir mübadiləsi aparıb.

Seçicilər Azərbaycan Prezidentinin apardığı siyasətə dəstək nümayiş etdiriblər.

Eyni zamanda seçicilər görüşlərdə onları narahat edən məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Fərid Şahbazlı bildirib ki, millət vəkilinin “qəbul günü” anlayışı olmamalıdır, o hər an seçicilərlə birlikdə olmalıdır.

Fərid Şahbazlı qeyd edib ki, ona millət vəkili kimi etimad göstərilərsə o seçicilərlə dövlət arasında körpü rolunu oynayacaq.

Görüşlərdə iştirak edən həm kənd ağsaqqalları, həm də gənclər namizədə dəstək nümayiş etdiblər.


• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/