Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu – RƏSMİ

16:12 | 27 Yanvar, 2020
Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-nin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.
Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.
Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/