SON DƏQİQƏ: Türkiyə yenə silkələndi: Bu dəfə Ankara

16:26 | 27 Yanvar, 2020

Türkiyənin Ankara şəhərində zəlzələ olub.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.

Qeyd edilir ki, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 5 kilometr dərinlikdə baş verdiyi təsdiqlənib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.

 

 


• COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
•INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?

•DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

•Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/domain-almaq/