BDU-da Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub

11:37 | 28 Yanvar, 2020

Bakı Dövlət Universitetinin “Jurnalistika” fakultəsində professor, Prezident təqaüdçüsü Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub.

“Report” xəbər verir ki, tədbirə toplaşanlar Azərbaycan mətbuat tarixi və jurnalistikasının sadiq tədqiqatçılarından olan alimin fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salıblar.

Qeyd olunub ki, Cahangir Məmmədli 1968-ci ildə ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən bu fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Cıxıs edənlər Cahangir müəllimin nəcib insani keyfiyyətlərindən danışıblar. O, həmişə zəhmətsevərliyi, çalışqanlığı, elmə sadiqliyi ilə seçilib və bu xüsusiyyətləri pedaqoji fəaliyyəti ərzində tələbərinə də aşılamağa çalışıb. 250 elmi, 1300 publisistik məqalənin müəllifi olan alimin ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabı nəşr olunub. Cahangir Məmmədli bu gün də yorulmadan təcrübəsini və biliklərini gənclərlə bölüşür, mətbuatın müasir inkişaf meylləri və dünya mediasında gedən prosesləri yaxından izləyir.


Mövzunu Facebookda şərh et