backend

Bacısının evinə gəldi, qapının sındırıldığını gördü – BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.
Şiraslan Babayev adlı vətəndaş polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun bacısının evini talayıb. Şikayətçi bildirib ki, bacısı Hüseynova Şücaət İmamverdi qızı evini ona tapşırıb və vaxtaşırı olaraq mənzilə baxış keçirir. Bir neçə gün əvvəl o, növbəti dəfə Nizami rayonu Ə.Vəliyev küçəsi 7 saylı binadakı mənzilə gələrkən qapının naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görüb. Məlum olub ki, evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Araşdırma aparılır.
//lent.az