Əhməd Şahidov Qaxdan kənarda yaşayan qaxlılara müraciət edib: “Sizin edə biləcəyiniz çox şey var”

09:19 | 29 Yanvar, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonundan kənarda yaşayan qaxlılara öz video müraciətini edib. Azərbaycanın digər şəhər və rayonlarında, habelə xarici ölkələrdə yaşayan qaxlıların da seçki prosesində iştirakının vacibliyini vurğulayan Əhməd Şahidov onları seçki təbliğat-təşviqat prosesində fəal olmağa, sosial şəbəkələrdə layiqli namizədə, ən əsası da qaxlı namizədə səs verməyə çağırışlar etməyə və Qaxda yaşayan qohum-əqrabaların seçki günü səsvermə məntəqələrinə getməsini təmin etməyə çağırıb.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Mövzunu Facebookda şərh et