backend

Qriqori Leps: ""Jara-2017"də üç gündür çox maraqlı duetlər təqdim edilir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jara-2017″də üç gündür çox maraqlı duetlər təqdim edilir. Festivalın təşkilindən razıyam.
 
“Jara-2017” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı və iştirakçısı, Rusiyanın Əməkdar Artisti Qriqori Leps iyulun 30-da qırmızı xalı üzərindən keçərkən fikirlərini belə ifadə edib.
Qeyd edək ki, bir qədər əvvəl festivalın dördüncü gününün iştirakçılarının qırmızı xalı üzərindən ənənəvi keçidi başlayıb. Onlar jurnalistlərin suallarını cavablandırır, festivalla bağlı təəssüratlarını bölüşürlər.
“Jara-2017″nin dördüncü – sonuncu günü Qriqori Lepsin yaradıcılığına həsr edilib.
Qırmızı xalıda Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.
//AZƏRTAC