backend

“Ağ ölümün–Qara qurbanı olma” layihəsi yekunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ağ ölümün –Qara qurbanı olma” adlı layihə həyata keçirir. Layihə Hacıqabul, Şirvan, Sabirabad rayonlarındakı məktəbləri əhatə edir.
“Narkomaniya və yeniyetmələr” mövzusunda keçirilmiş tədbirdə Təhsil Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, narkoloji dispanserinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışmışlar.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə DövlətKomissiyası işçi qrupunun üzvü qeyd etmişdirki, Ümummilli Liderimiz Heydər Əliyev bu təhlükəni görüb ona qarşımübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996-cı ildə Dövlət Komissiyası yaratmışdır. Dövlət Komissiyası “ağölüm”ə qarşı qətiyyətlə mübarizə aparır.
Son illər sərhədlərimiz möhkəmlənib. Ötən il respublikamızda narkomaniya ilə bağlı 2 min 69 cinayət işi qaldırılıb, 1827 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Acınacaqlı haldırki, onların 7 nəfəri 18 yaşına çatmayanlar, 88 nəfəri isə qadınlardır.
//Editor.az