“Biz hamımız bir ailəyik” – Əhməd Şahidov gürcü vətəndaşlarımızın yaşadığı Alatəmir kəndində olub

12:10 | 1 Fevral, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ötən gün Qax rayonu Alatəmir kəndində olub. Gürcü vətəndaşlarımızın kompakt yaşadığı Alatəmir kəndində yerli sakinlərlə görüşən Əhməd Şahidov Azərbaycanın bütün dünyada multikultural bir ölkə kimi tanındığını və 40-dan çox xalqların burada mehribanlıq şəraitində yaşadığını bildirib, Qaxdakı gürcü vətəndaşlarımızın da hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Mövzunu Facebookda şərh et