Koronavirusa yoluxanlar üçün xəstəxana hazırdı

05:49 | 3 Fevral, 2020
Çinin Uhan şəhərində koronavirusun yeni növünə yoluxan şəxslər üçün nəzərtə tutulan müvəqqəti xəstəxananın tikintisi başa çatıb.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Hoşenşan” hospitalı fevralın 3-dən xəstələri qəbul edəcək. O, 1000 nəfər üçün nəzərdə tutulub.
Xəstəxana 10 gün ərzində tikilib. Belə ki, onun tikintisinə yanvarın 23-də başlanılmışdı.
Mövzunu Facebookda şərh et