“Lotu Quli”ni öldürmək istəyənlər saxlanıldı – FOTO

15:45 | 3 Fevral, 2020
Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.
Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2-si ukraynalı və 1-i rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.
Saxlanılan şübhəlilərin “Andrey Malyi” ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıkladzenin rəhbərliyi altında olduğu söylənilir.

 

 

 

 

 

 

Mövzunu Facebookda şərh et