Qaxın Baydarlı kəndində 6 uşaqlı ailə acınacaqlı durumda: “İki övladım bu evdə xəstəlikdən ölüb”

12:50 | 4 Fevral, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Baydarlı kəndində olub və çox acınacaqlı şəraitdə yaşayan 6 uşaqlı ailənin yaşayış şəraiti ilə tanış olub. Nəm torpağın üzərində sınıq-sökük taxtalardan tikilmiş 1 otaqlı tikilidə yaşayan ailə ilə heç kim maraqlanmır və ailənin 2 övladı məhz bu şəraitsizlik ucbatından dünyasını dəyişib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Mövzunu Facebookda şərh et