Binəqədidə mebel sexi yanıb

17:52 | 4 Fevral, 2020

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumatına görə, ümumi sahəsi 1000 kv.m olan mebel sexinin ərazisində tutumu 5 ton olan dəmir konstruksiyadan ibarət bunkerin içərisinə yığılan taxta yonqarı yanıb.

Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Mövzunu Facebookda şərh et