Deputatlığa namizəd Əhməd Şahidov Qaxın gürcü sakinlərinə gürcü dilində müraciət etdi

01:28 | 5 Fevral, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunda yaşayan gürcü vətəndaşlarımıza video müraciət edib. Azərbaycanın multikultural ölkə olduğunu və 40-dan çox xalqların dostluq və qardaşlıq mühitində yaşadığını deyən Əhməd Şahidov 9 Fevral tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Qax sakinlərinin, xüsusən də gürcü vətəndaşlarımızın fəal olmasını və səsvermədə iştirak etməsini istəyib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Mövzunu Facebookda şərh et