İlham Əliyev Hindistanın yeni Prezidentini təbrik edib

04:01 | 1 Avqust, 2017

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Ram Nat Kovində təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
//Editor.az