Millimizin üzvünü Almaniya vətəndaşı kimi təqdim etdilər

11:16 | 6 Fevral, 2020
İngiltərənin “Vulverhempton” klubu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovu Avropa Liqasına sifariş edib.
Editor.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu mövsümün ikinci yarısı üçün iştirak ərizəsinə salınıb. Lakin onun vətəndaşlığı iştirakçı siyahısında almaniyalı kimi göstərilib. Dadaşov meydana 40 nömrəli forma ilə çıxacaq.
“Vulverhempton” 1/16 finalda İspaniya “Espanyol”u ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçirəcək.
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib.