Qızı tərəfindən bıçaqlandığı deyilən ata özünə xəsarət yetiribmiş – RƏSMİ

15:08 | 6 Fevral, 2020

Bakıda qızın 59 yaşlı atasını bıçaqlaması barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Sabunçu rayonunda 1961-ci il təvəllüdlü Vahid İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Müvafiq araşdırma aparılıb, vətəndaş ilkin ifadəsində bildirib ki, özü-özünə xəsarət yetirib. Onun qızı tərəfindən bıçaqlanması hazırkı mərhələdə təsdiqlənməyib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.

Mövzunu Facebookda şərh et